Modern.az

Ukraynalı qadınlar döyüşə gedir - FOTOLAR

Ukraynalı qadınlar döyüşə gedir - FOTOLAR

Aktual

24 Mart 2022, 17:35

Polşa sərhədinə yaxın Lvovdakı qatar stansiyasında izdiham yaşanır.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, stansiyanın qarşısına toplaşaraq cəbhəyə getməyə hazırlaşan Ukrayna əsgərləri arasında çoxlu gənc qadınlar da var.

 

Rusiya-Ukrayna müharibəsindən bir ay keçir və avropalılar hələ də qapılarını ukraynalılar üçün açıq saxlayırlar. Lvovda 3 saat ərzində hazırlanan müvəqqəti sığınacaq yüzlərlə insanı qəbul edir.

 

Üzərlərində ağır silahlar daşıyan Ukrayna ordusunun əsgərləri yarım saat gözlədikdən sonra onlar üçün xüsusi hazırlanmış avtobuslara minərək ərazidən uzaqlaşıblar.

 

Vağzal ətrafında qurulan çadırlarda münaqişənin intensiv olduğu bölgələrdən təxliyə edilən insanlara yemək verilir, onların digər ehtiyacları ödənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?