Modern.az

Ərdoğanla Makron arasında Azərbaycan-Ermənistan MÜZAKİRƏSİ

Ərdoğanla Makron arasında Azərbaycan-Ermənistan MÜZAKİRƏSİ

Aktual

24 Mart 2022, 20:47

Yelisey sarayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransanın dövlət başçısı Emmanuel Makron arasında Brüsseldə keçirilən görüş barədə məlumat yayıb.

 

Modern.az-ın xəbərinə görə, rəsmi məlumatda bildirilib ki, prezidentlər Ukrayna müharibəsi ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyəti və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə ediblər.

 

Makron Fransanın Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı problemin siyasi həlli yolunu tapmaqda qərarlı olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makron arasında görüş keçirilib. Prezidentlər Belçikanın paytaxtı Bürüsseldə NATO sammiti çərçivəsində bir araya gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı