Modern.az

Məmmədyarov yenə heç-heçə etdi

Məmmədyarov yenə heç-heçə etdi

Aktual

24 Mart 2022, 22:19

Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, o, III turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Görüş 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb.

 

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerə uduzub. Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib.

 

Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Bir pillə geriləyən Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!