Modern.az

Moskvada “Azərbaycan” pavilyonuna bomba qoyulub?

Moskvada “Azərbaycan” pavilyonuna bomba qoyulub?

Aktual

25 Mart 2022, 00:15

Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, hazırda “Azərbaycan” pavilyonu yoxlanılır.

 

“Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə Fövqəladə Hallar Nazirliyindəki mənbə TASS-a bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı