Modern.az

Azərbaycan millisi Maltaya qarşı

Azərbaycan millisi Maltaya qarşı

Aktual

25 Mart 2022, 09:34

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

 

Modern.az xəbər verir ki, millimiz səfərdə Malta yığması ilə üz-üzə gələcək.

 

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq. Qarşılaşma komandalar arasında 9-cu duel olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma 3 dəfə Maltaya məğlub olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!