Modern.az

Burak Yılmaz Türkiyə millisindən ayrıldı

Burak Yılmaz Türkiyə millisindən ayrıldı

Aktual

25 Mart 2022, 10:08

Tanınmış futbolçu Burak Yılmaz Türkiyə millisində karyerasını başa vurub.

 

Modern.az xəbər verir ki, bu barədə hücumçu özü açıqlama yayıb.

 

B.Yılmaz gənclərə yol açmaq üçün bu addımı atdığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, ötən gün dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start verilib. Türkiyə millisi səfərdə Portuqaliyaya 3-1 hesabı ilə məğlub olub. B.Yılmaz matçda bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. O, bu səbəbdən tənqidlərə tuş gəlib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı