Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın bəzi teleqram kanallarında məlumat tirajlanıb.
Bir müddət əvvəl koronavirusa yoluxan 75 yaşlı Jirinovskinin dünyasını dəyişdiyi iddia edilib. Bildirilib ki, siyasətçi son günlər komada olub.
Jirinovskinin ölüm xəbərinin ictimailəşməsindən bir qədər sonra Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlama verib. O partiya sədrinin ölmədiyini, lakin vəziyyətinin ağır olduğunu bildirib.
Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər onun sağalması üçün bütün imkanları səfərbər edib.
Fatma Abdulla