Modern.az

Generallar sülhməramlıları müzakirə etdilər - YENİLƏNİB

Generallar sülhməramlıları müzakirə etdilər - YENİLƏNİB

Aktual

25 Mart 2022, 16:35

Azərbaycanın müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

 

Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

***

14:00

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

 

Məlumata görə, tərəflər sülhməramlı əməliyyatın gedişi və həyata keçirildiyi ərazidə humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı