Modern.az

Rusiyada ölüm hökmü bərpa olunur?

Rusiyada ölüm hökmü bərpa olunur?

Aktual

25 Mart 2022, 14:05

“Artıq Rusiya Federasiyasında ölüm cəzasına moratoriumun ləğvi ilə bağlı heç bir məhdudiyyət yoxdur, lakin qərar vəziyyətdən asılı olacaq”. 

 

Modern.az xəbər verir ki, bu sözləri "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

O xatırladıb ki, bununla bağlı qərarlar Rusiyanın Avropa Şurasının konvensiyalarında iştirakı ilə  qəbul edilib və indi həmin qərarlar təşkilatı tərk etdikdən sonra qüvvəsini itirib. Bununla belə, Medvedev qeyd edib ki, ölkədə ölüm hökmünün tətbiq edilib-edilməməsi ilə bağlı qərar Rusiya Federasiyasının Avropa Şurasında iştirakı ilə birbaşa bağlı deyil.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı