Modern.az

Ana ölümü ilə bağlı cinayət işi açıldı

Ana ölümü ilə bağlı cinayət işi açıldı

Aktual

25 Mart 2022, 14:23

Zaqatalada gənc ananın doğuş zamanı ölümü ilə bağlı cinayt işi başlanıb.

 

Zaqatala rayon Prokurorluğundan Modern.az-a bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...