Modern.az

Kuleba tvit atdı, 3 şirkət Rusiyanı boykot etdi

Kuleba tvit atdı, 3 şirkət Rusiyanı boykot etdi

Aktual

25 Mart 2022, 14:48

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın tvitindən sonra “Renault”, “Shell” və “Nestle” şirkətləri Rusiyadakı fəaliyyətini dayandırıb.

 

Modern.az "Haber Global"-a istinadən xəbər verir ki, bu barədə Renault qrupu məlumat yayıb.

 

Bildirilib ki, "Renault"un Rusiyadakı sənaye fəaliyyəti bu gündən dayandırılıb.

 

Xatırladaq ki, D. Kuleba Renault qrupunun Rusiyadan çəkilmədiyi ilə bağlı tvit ataraq ictimaiyyəti şirkəti boykot etməyə çağırmışdı. Bundan sonra müəssisə Rusiyadakı işini dayandırmaq qərarına gəlib. Bundan əlavə, “Nestle” şirkəti də Rusiya bazarını boykot etdiyini açıqlayıb.


Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı