Modern.az

“Xalqımı soyuqda qoya bilmərəm” - Ərdoğan

“Xalqımı soyuqda qoya bilmərəm” - Ərdoğan

Aktual

25 Mart 2022, 14:56

"Bu gün təbii qazın təxminən yarısını Rusiyadan alırıq. Bundan başqa, Akkuyu Atom Elektrik Stansiyasını Rusiya ilə birgə inşa edirik. Biz bunları kənara qoya bilmərik".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

 

"Bu məsələdə həssaslığımızı qoruyub saxlamalıyıq. Əvvəla, qışda xalqımı soyuqda qoya bilmərəm. İkincisi, mən sənayemizi tamamilə sıfırlaya bilmərəm. Biz onları qorumalıyıq. Biz dövlətik, 85 milyon əhalimiz var. Üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk. Hazırda bölgəyə ukraynalılar üçün təxminən 56 humanitar yardım maşını göndərmişik. Bu yardımlar davam etməkdədir", - deyə Ərdoğan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı