Modern.az

Türkiyə Azərbaycanı qadağa siyahısına SALMADI

Türkiyə Azərbaycanı qadağa siyahısına SALMADI

Aktual

25 Mart 2022, 16:07

Türkiyə daxili bazarda qiymətlərin artması ilə əlaqədar ət ixracını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

 

Bildirilib ki, daxili bazarda ət tədarükünün təminatı, tələb-təklif balansının qorunması üçün iribuynuzlu heyvanların, həmçinin qoyun və keçi ətinin ixracı qadağan edilib.

 

Sözügedən qərar Azərbaycana və Şimali Kiprə şamil edilməyib.

 

Qeyd edək ki, son günlər Türkiyədə ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı