Ukraynada müharibə səbəbindən 1.3 milyondan çox uşaq ölkəni tərk edib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
UNİCEF-in məlumatına görə, 4,3 milyon azyaşlı ukraynalı son bir ayda evini tərk edib. Onlardan 1,3 milyonu ölkədən çıxmaq məcburiyyətində qalıb.
Bu, İkinci Dünya müharibəsindən sonra Avropada uşaqların ən böyük köçüdür.
Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib. Artıq müharibənin 32-ci günüdür.
Fatma Abdulla