Mart ayının ortalarından etibarən ölkə ərazisində hava şəraiti yağıntılı keçir. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan artıq olub.
Modern.az xəbər verir ki, yağıntıların artması Kür çayında sululuq dərəcəsinin yüksəlməsinə səbəb olub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzindən verilən məlumata görə, Kür çayında suyun həcmi martın əvvəli ilə müqayisədə xeyli çoxalıb. Belə ki, Yevlax məntəqəsində 22, Zərdabda 82, Surrada 123, Şirvanda 108, Salyan məntəqəsində 118, Bankədə 37 santimetr artım qeydə alınıb.
Bundan əlavə, Kürün aşağı axarında aparılan monitorinqlərin nəticələri göstərir ki, çayda duzluluq xeyli azalıb. Yaxın günlərdə Kürdə suyun səviyyəsinin daha da artacağı gözlənilir.
Modern.az Kür çayının Salyan rayonu ərazisində ayrılan Akkuşa qolundan görüntüləri təqdim edir.
Fatma Abdulla