Modern.az

Putin Qərb liderlərini Hitlerlə müqayisə etdi

Putin Qərb liderlərini Hitlerlə müqayisə etdi

Aktual

25 Mart 2022, 17:00

“Çaykovski, Şostakoviç və Raxmaninovun konsert afişaları çıxarılıb, rus yazıçıları və onların kitablarına qadağa qoyulub”.


Modern.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyaya və bu ölkənin mədəniyyətinə yönələn hücumlarına münasibət bildirərkən deyib.

 

Putin Qərbin davranışlarını Hitler dövründə baş verənlərlə müqayisə edib. O, həmçinin mədəniyyət vasitəsilə Rusiya haqqında həqiqətin dünyaya yayılacağına ümid etdiyini vurğulayıb.

 

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. "Qara siyahı"ya salınanlar arasında rusiyalı siyasətçilər, iş adamları ilə yanaşı mədəniyyət xadimləri də var.

 

Fatma Abdulla

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı