Modern.az

Ukraynada 14 şəhərin meri girov götürülüb

Ukraynada 14 şəhərin meri girov götürülüb

Aktual

25 Mart 2022, 20:43

Rusiya hərbçiləri Ukraynanın 14 şəhərinin merini girov götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.

 

Onun sözlərinə görə, Rusiya tərəfi əsir və girovların yalnız paritet şərtlərlə mübadiləsinə razılıq verib.

 

“Rusiya bu məsələdə paritet tələb edir, deyirlər ki, sərhədçini sərhədçi ilə, matrosu matrosla dəyişək. O zaman mənim sualım var: Rusiya artıq 14 Ukrayna şəhərinin başçısını girov götürüb, onları kimlə dəyişəcəyik?” - deyə Ukrayna Baş nazirinin müavini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı