Modern.az

Quterreşdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Quterreşdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Aktual

25 Mart 2022, 21:09

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

 

Modern.az xəbər verir, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

 

"Baş katib tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə çağırır" , - deyə BMT rəsmisi bildirib.

 

Xatırladaq ki, bu gün Ermənistan KİV-ləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə guya Azərbaycan ordusunun hücuma keçməsi barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib və hazırda mövqelərin dəqiqləşdirildiyini bəyan edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...