Modern.az

Millimiz böyük hesablı qələbə qazandı

Millimiz böyük hesablı qələbə qazandı

Aktual

25 Mart 2022, 21:45

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.

 

U-21-in qollarını 44 və 66-cı dəqiqələrdə Musa Qurbanlı və 88-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

 

Qeyd edək ki, Azərbaycan yığması 7 oyundan sonra 4 xalla beşinci pillədə qərarlaşıb. Səkkiz matçdan sonra sonuncu - altıncı sıradakı Estoniyanın xalı yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar