Modern.az

Azərbaycan millisi Maltaya uduzdu - YENİLƏNİB

Azərbaycan millisi Maltaya uduzdu - YENİLƏNİB

Aktual

25 Mart 2022, 23:59

Futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komandamız yoldaşlıq matçında Malta yığması ilə səfərdə üz-üzə gəlib.

 

Ta Qali şəhərindəki Milli Stadionda baş tutan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 29-da eyni arenada Latviya seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

 

***

22:06

 

Futbol üzrə Azərbaycan millisi səfərdə Malta yığması ilə qarşılaşır.

 

Modern.az xəbər verir ki, Ta Qali şəhərindəki Milli Stadionda keçirilən yoldaşlıq görüşündə milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahli, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Filip Ozobiç və Aleksey İsayev çıxıblar.

 

Malta yığmasının start heyətində Anri Bonello, Rayan Kamenzuli, Stiv Borq, Andrey Acius, Mettyu Giyomye, Cozef Mbonq, Brandon Payber, Aleksander Satariano, Teddi Teuma, Yurge Deqabriele və Jan Borq yer alıblar.

 

Qeyd edək ki, bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçıdır. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamır.

 

Xatırladaq ki, qarşılaşma komandaların doqquzuncu dueli olacaq. Ümumilikdə iki qələbə və üç heç-heçəsi olan yığmamız 3 dəfə Maltaya uduzub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı