Modern.az

Məmmədyarov Berlində ilk qələbəsini qazandı

Məmmədyarov Berlində ilk qələbəsini qazandı

Aktual

25 Mart 2022, 23:08

Şahmatçımız Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, Məmmədyarov IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib.

 

Oyun 63-cü gedişdə azərbaycanlı qrossmeysterin qələbəsi ilə yekunlaşıb. O, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb.

 

Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı