Modern.az

“Spotify” Rusiyada fəaliyyətini dayandırır

“Spotify” Rusiyada fəaliyyətini dayandırır

Aktual

25 Mart 2022, 23:19

İsveçin "Spotify" audio striming platforması Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

 

Yeni qərara səbəb kimi Rusiyada qəbul edilmiş "feyklər" haqqında qanun göstərilib.

 

"Təəssüf ki, bu yaxınlarda qəbul edilmiş qanun informasiya əldə etmək üçün əlavə məhdudiyyətlər qoyur, ifadə azadlığını məhdudlaşdırır. Bu, əməkdaşlarımızın və dinləyicilərimizin təhlükəsizliyini şübhə altına qoyur", - şirkətin məlumatında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı