Modern.az

Yolu keçən qadını maşınla vurub qaçdı

Yolu keçən qadını maşınla vurub qaçdı

Aktual

26 Mart 2022, 12:02

Bərdə rayonunda qadını maşın vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

 

Bərdə RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...