Modern.az

Axtarışda olan 78 nəfər SAXLANILDI

Axtarışda olan 78 nəfər SAXLANILDI

Aktual

26 Mart 2022, 12:51

Daxili İşlər Nazirliyi (DİN) martın 24-25-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 93 cinayətin üstünü “isti izlər”lə açıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı