Modern.az

Millimizin Belarusla oyununu o idarə edəcək

Millimizin Belarusla oyununu o idarə edəcək

Aktual

26 Mart 2022, 12:54

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq.

 

Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı