Modern.az

Bayrama görə avtobusların sayı 3 dəfə artırılıb

Bayrama görə avtobusların sayı 3 dəfə artırılıb

Aktual

26 Mart 2022, 14:03

Bayram günlərində regionlara səfər edən sərnişinlərin paytaxta rahat geri qayıtmalarını təmin etmək məqsədilə sərnişindaşıma avtobuslarının sayı 3 dəfə artırılıb.

 

Modern.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, martın 17-dən 24-dək ümumilikdə 54 mindən çox sərnişin regionlara daşınıb.

 

Bayram günlərində biletlər daha çox Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Balakən, Masallı və Lənkəran istiqamətlərinə alınıb.

 

Qeyd olunub ki, gücləndirilmiş iş rejimi martın 27-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı