Modern.az

Qara dənizdə balıq ovu qadağan edildi

Qara dənizdə balıq ovu qadağan edildi

Aktual

26 Mart 2022, 21:55

İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstanla Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı hissəsində gecə saatlarında balıq ovu qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bölgədə balıq ovlayanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minir.

 

Qadağa Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla bütün balıqçılara şamil olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı