Yunanıstanda Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz olaraq rus admiralın abidəsi təhqir olunub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Kerkira (Korfu) adasında admiral Fyodor Uşakovun abidəsini rəngləyiblər. Bununla bağlı fotoşəkil Rusiyanın Yunanıstandakı səfirliyi tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Rusiyanın Afinadakı səfirliyi vandalizm aktını pisləyib və Yunanıstan hakimiyyətini günahkarları tapıb cəzalandırmağa çağırıb.
