Modern.az

Rus hərbçilər yanacağı spirtli içkilərə dəyişir 

Rus hərbçilər yanacağı spirtli içkilərə dəyişir 

Aktual

27 Mart 2022, 09:40

Rusiya hərbi karvanlarının Belarus ərazisindəki hərəkət marşrutları boyunca hərbi qulluqçuların yanacaq və azuqələrin satılması, habelə onların spirtli içkilərə dəyişdirilməsi faktları var.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub.

 

"Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir. İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhalini terror və qorxutmaqda davam edir. Oğurluq, insan və əmlak oğurluğu halları çoxdur", - Baş Qərargahdan bildirilib.

 

Məlumata görə, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib.

 

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı