Rusiya alternativ “humanitar reallıq” yaradır və Federasiyada Mariupol sakinləri üçün özünün qondarma “evakuasiya marşrutları”nı çəkməyə çalışır.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
"İşğalçılar tərəfindən zorla çıxarılan ukraynalıların sayı indi 40 min nəfər ola bilər. Minlərlə insanı müharibə zonalarından və ya müvəqqəti işğal olunmuş ərazilərdən kinli şəkildə oğurlayır, onları naməlum istiqamətə - Ukrayna ilə razılaşmadan özünün yaratdığı kvazihumanitar dəhlizlərə aparırlar",- o bildirib.