Modern.az

Qondarma respublika Rusiyaya birləşəcək

Qondarma respublika Rusiyaya birləşəcək

Aktual

27 Mart 2022, 13:49

Qondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bölgədə tezliklə Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə icazə verib. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, martın 27-də jurnalistlərə müsahibəsində bildirib.

 

"Hesab edirəm ki, yaxın vaxtlarda respublikada referendum keçiriləcək. Referendumda xalq öz konstitusion hüququndan istifadə edə və Rusiyaya birləşmək barədə fikirlərini ifadə edə biləcək. Nədənsə əminəm ki, məhz belə olacaq", - deyə separatçı lider vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı