Modern.az

Rus qoşunlarının bir hissəsi Belarusa köçürülür

Rus qoşunlarının bir hissəsi Belarusa köçürülür

Aktual

27 Mart 2022, 15:26

Rusiya qoşunları Ukraynaya qarşı vuruşan işğalçı qüvvələrin rotasiyasını həyata keçirmək üçün bölmələri Belarusa köçürür.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı "Facebook"da məlumat verib. 

 

"Rusiya Federasiyasının bölmələrinin Belarus Respublikası ərazisinə hərəkəti davam edir. Bu tədbirlər ölü, yaralı və xəstə hərbçilərin sayı baxımından xeyli itki vermiş bölmələrin dövriyyəyə buraxılması, mövcud qrupların gücləndirilməsi, ərzaq, yanacaq və sursatların doldurulması, təxliyyənin təşkili məqsədilə həyata keçirilir", - məlumatda deyilir.

 

Eyni zamanda, bildirilib ki, Belarus silahlı qüvvələrinin bölmələrinin bir hissəsi hələ də poliqonlardadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı