Modern.az

132 nəfərin öldüyü təyyarənin ikinci “qara qutusu” tapıldı

132 nəfərin öldüyü təyyarənin ikinci “qara qutusu” tapıldı

Aktual

27 Mart 2022, 15:53

Martın 21-də Çində qəzaya uğrayan və 132 nəfərin ölümünə səbəb olan sərnişin təyyarəsinin ikinci qara qutusu tapılıb.

 

Modern.az xəbər verir ki, ikinci qara qutunun görüntüləri Çin dövlət televiziyası tərəfindən yayımlanıb. Qara qutunun məmurların əlində olduğu göstərilib.

 

İkinci qara qutunun ekspertiza üçün Pekindəki Çin Mülki Aviasiya İdarəsinə göndəriləcəyi açıqlanıb.

 

Qeyd edək ki, 132 nəfərin öldüyü təyyarənin ilk qara qutusu bu yaxınlarda tapılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı