Rusiya ordusu Ukraynaya qarşı müharibədə böyük itkilər verir və bunları gizlətməyə çalışır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, ölənlərin bəziləri qohumlarına təhvil verilir, digərləri isə sərhəd yaxınlığında məhv edilir.
"Səyyar krematoriyalar öhdəsindən gəlmir, buna görə də Rostovda ərimə sobalarından istifadə olunur" - bunu “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib.
“Eşitdiyimə görə, Rostovda qalıqları yandırmaq üçün ərimə sobalarından istifadə edirlər. Orada müxtəlif fabriklər var və onlar böyük miqyasda yandırmaq üçün istifadə olunur. Sadəcə olaraq, sərhədyanı şəhərlərdə krematoriya yoxdur”, - deyə o bildirib.