"Ukrayna Rusiya raketlərini ov tüfəngi və ya pulemyotla vura bilməz".
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski yayımladığı videoçıxışında deyib.
Dövlət başçısı Qərbə müraciət edərək, Ukraynanın Avropanın təhlükəsizliyi üçün kritik nöqtə olduğunu bir daha xatırladıb.
O, növbəti dəfə Qərb ölkələrindən silah istəyib və Mariupolu ancaq əlavə tank və təyyarələrin köməyi ilə xilas etməyin mümkün olacağını bildirib:
"Daha çox şey lazımdır. Kifayət qədər silah olmadan Mariupolu geri almaq mümkün deyil".