Ukrayna Rusiyanın mədəniyyət xadimlərinə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, “qara siyahı”ya salınan şəxslərin adları artıq məlumdur.
Belə ki, sanksiya siyahısında Nikolay Baskov, Dmitri Bilan, Timati, Nikita Mixalkov, Vladimir Maşkov, Aleksandr Duqin və Nailə Əsgərzadənin adları yer alıb.
Qeyd edək ki, Ukraynanın sanksiyalarına məruz qalan Nailə Əsgərzadə əslən azərbaycanlıdır. O uzun illərdir Rusiyada teleaparıcı kimi fəaliyyət göstərir.