Modern.az

Separatçılar mülki erməniləri zorla silahlandırır

Separatçılar mülki erməniləri zorla silahlandırır

Aktual

27 Mart 2022, 17:45

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər.

 

Xankəndidəki mənbələrdən verilən məlumata görə, bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək, onları postlarda durmağa məcbur edir. Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır.

 

Mənbənin dediyinə görə, Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı