Modern.az

Çerniqovda humanitar vəziyyət pisləşib

Çerniqovda humanitar vəziyyət pisləşib

Aktual

27 Mart 2022, 18:29

Ukraynanın Çerniqov şəhərində son günlər ərzaq və digər yardımların çatdırıla bilməməsi səbəbindən humanitar vəziyyət pisləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Çerniqov şəhər şurasının katibi Oleksandr Lomako bildirib.

 

"Düşmən körpünü dağıtdığından şəhərin Kiyevlə əlaqəsi kəsilib. Təxminən iki həftə, bəlkə də daha çox müddətdir ki, şəhərdə işıq, su və istilik yoxdur. Bəzi yerlərdə qaz və rabitə var. Son üç gün ərzində vəziyyət daha da pisləşib. Hazırda şəhərə humanitar və digər malların çatdırılması üçün heç bir yol yoxdur", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar