Modern.az

Fransalı nazir Mariupolu dağıdılmış Hələblə müqayisə edib

Fransalı nazir Mariupolu dağıdılmış Hələblə müqayisə edib

Aktual

28 Mart 2022, 10:41

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ukraynaının Rusiya işğalçıları tərəfindən daim atəşə tutulan Mariupol şəhərindəki vəziyyəti Suriyanın Hələb şəhərinin dağıdılması ilə müqayisə edib. O, Mariupolun mühasirəyə alınmasının müharibə dəhşəti olduğunu bildirərək, şəhərdəki vəziyyəti həll etməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Nazirin sözlərinə görə, Qərb Mariupolun mülki əhalisinə kömək üçün heç nə etməsə, bu, “kollektiv günah” olacaq.

"Mariupol Rusiyanın artıq bir aydır apardığı mühasirə müharibəsidir. Hərbi mühasirələr müharibənin dəhşətləridir, çünki dinc əhali öldürülür, məhv edilir", - Fransa XİN rəhbəri əlavə edib.

Fransalı nazir dinc sakinləri işğalçıların davamlı atəşindən və humanitar fəlakətdən xilas etməyə çağırıb.


Xatırladaq ki, Mariupol 1 aya yaxındır blokadadadır. Rusiya hərbçiləri şəhərin hər bir rayonunu yerlə-yeksan edir, bunun nəticəsində dinc insanlar da qətlə  yetirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı