İsrailin baş naziri Naftali Bennett koronavirusa yoluxub və evdən işləyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisindən bildiriblər.
Qeyd olunur ki, baş nazir özünü yaxşı hiss edir və öz iş qrafikinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.
İsrail, bir çox başqa ölkələrdə olduğu kimi, omikron subvariantının yayılması səbəbindən COVID-19 infeksiyalarında bir qədər artım görür.
Baş nazir Bennett və İsrail əhalisinin təxminən yarısı üçüncü doza peyvənd olunub.