Modern.az

Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 17 mini keçib

Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 17 mini keçib

Aktual

28 Mart 2022, 11:23

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin yeni sayı məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk hesabında məlumat yayıb.

 

“Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı 17 000-dir. Bundan başqa, rusların 586 ədəd tankı, 1694 ədəd zirehli döyüş maşını, 302 ədəd artilleriya sistemi, 95 ədəd RYAS, 54 hava hücumundan müdafiə sistemi, 123 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1150 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 66 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib”,- məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı