Qırğızıstan prezidenti Sadır Japarov bazar ertəsi imzaladığı sərəncamla Nazirlər Kabineti sədrinə yeni müavin təyin edib.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov sərəncam imzalayıb, ona əsasən, Aziz Aaliyev başqa işə keçməsi ilə əlaqədar Nazirlər Kabineti sədrinin müavini vəzifəsindən azad edilib".
A.Aaliyev planlaşdırıldığı kimi, yeni yaradılmış Qırğızıstan-Özbəkistan İnkişaf Fonduna rəhbərlik edəcək.
Digər sərəncamla “Onuquu-Tərəqqi” partiyasının lideri Bakıt Torobayev Nazirlər Kabineti rəhbərinin müavini təyin edilib. Yaxın vaxtlarda onun namizədliyi milli parlament tərəfindən təsdiqlənməlidir.