Modern.az

Xarici diplomatlar Kiyevə qayıdır

Xarici diplomatlar Kiyevə qayıdır

Aktual

28 Mart 2022, 12:12

Xarici diplomatlar Ukraynanın paytaxtı Kiyevə qayıtmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Eyni zamanda, Sloveniya Respublikası Ukraynadakı müvəqqəti işlər vəkili Boştyan Lesyakı Kiyevə göndərib.

 

"Şəhər boşdur, uzaqdan həyəcan təbili çalınır, partlayış səsləri eşidilir. Əks halda, paytaxtda qalanların həyatı normaldır", - Sloveniyanın Ukraynadakı səfirliyi “Twitter” səhifəsində yazıb.

 

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən bir çox ölkələr səfirliklərini Kiyevdən çıxarmışdılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı