Rusiya hərbçisi sərxoş halda səhvən ukraynalı müdafiəçilərə yaxınlaşıb.
Modern.az xəbər verir ki, Ukrayna daxili işlər nazirinin müşavini Anton Geraşenko bununla bağlı video paylaşıb
"Sərxoş idim, səhvən Ukrayna Silahlı Qüvvələrinə yaxınlaşmışam. Səhər dörddə yatırdım, partlayışlardan oyandım. Piyada döyüş maşınlarımız artıq minalardan partlayır. Artıq hamı qorxmuşdu, tankçılar bir az içki içmişdilər”,- deyə əsir götürülən hərbçi bildirib.