Modern.az

Narkotik satan bacı-qardaş saxlanıldı

Narkotik satan bacı-qardaş saxlanıldı

Aktual

28 Mart 2022, 12:52

Ağstafada narkotik satan bacı-qardaş tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı