Modern.az

Azərbaycana 1 ayda 57 milyonluq avtomobil gətirilib

Azərbaycana 1 ayda 57 milyonluq avtomobil gətirilib

Aktual

28 Mart 2022, 13:04

Bu ilin fevralında Azərbaycana idxal edilən avtomobillərin sayı açıqlanıb.

 

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a verilən məlumata görə, cari ilin fevralında Azərbaycana idxal olunan avtomobillərin sayı 5460 ədəd, dəyəri isə 57 milyon 218 min ABŞ dolları olub.

 

Qeyd olunub ki, keçən ay ölkəyə gətirilən avtomobillərin 32-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5109-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 302-si yük daşımaq üçün, 17-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı