Modern.az

Bayramda rayonlara 76 mindən çox sərnişin daşınıb

Bayramda rayonlara 76 mindən çox sərnişin daşınıb

Aktual

28 Mart 2022, 14:08

Novruz Bayramı günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən respublikanın digər şəhər və rayonlarına 2813 reyslə 76 369 sərnişin daşınıb.

 

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

 

Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

 

"Bu dövrdə vətəndaşlar vaxt itirməsin deyə əlavə kassalar açılıb, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə hər gün 123 əlavə avtobus buraxılıb. Bayram günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün sərnişinlərin tələbatı tam qarşılanıb. Sərnişinlər təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılıb. Heç bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb", - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı