Modern.az

“Onu cadugərlər qoruyur” - Ukraynalı kahinlər Putinə müharibə elan etdilər

“Onu cadugərlər qoruyur” - Ukraynalı kahinlər Putinə müharibə elan etdilər

Aktual

28 Mart 2022, 14:12

Ukraynanın magiya ilə məşğul olan bütün bütün qüvvələri Rusiya prezidenti Vladimir Putinə “müharibə” elan edib.  Onlar “qara magiya”nın Putinin ətrafına çəkdiyi “müdafiə xətti”ni dağıtmağa çalışırlar.


Modern.az xəbər verir ki, bu barədə “Ukrayna 24” kanalının efirində ukraynalı ekstrasens Yelena Stetsenko danışıb.


Onun sözlərinə görə, ekstrasenslər, kahinlər davamlı olaraq Ukraynada sülh üçün dua edirlər.


"Putinin təcavüzünə qarşı təkcə kahinlər deyil, hamı birləşib - bioenergetiklər, ekstrasenslər, qara sehrbazlar... Bizim hamımızın bir-birimizlə əlaqəmiz var, vaxtaşırı Ukrayna üçün dua edirik”, - Stetsenko bildirib.



O, Kainatın ikiqat quruluşa mailk olduğunu deyib: ağ və qara, soyuq və isti.


"Ona görə də təkcə işıqlı qüvvələrlə deyil, qara qüvvələrlə də işləmək lazımdır. Çünki yüksək tezlikli strukturlar işıqlı qüvvələrdə, aşağı tezlikli strukturlar isə qaranlı qüvvələrdə aktivləşir. Biz bu vəziyyətdən hər cür formada çıxmağa çalışmalıyıq", - Stetsenko əlavə edib.


Yelena Stetsenko deyib ki, kahinlər, sehrbazlar, ekstrasenslərin iştirakı ilə Rusiya prezidentinə qarşı xüsusi mərasimlər keçirilir, bu ayinlərdə dualar oxunur.


"Biz onun fotoşəkilləri ilə işləyirik. Amma bilirsiniz ki, bir çox qara niyyətli sehrbazlar, cadugərlər, şamanlar Putinlə işləyir və onu qoruyurlar. Yəni hazırda ekstrasenslər, cadugərlər  arasında da müharibə gedir", - Yelena Stetsenko söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı