Modern.az

Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verildi

Prezident Administrasiyasının Çağrı Mərkəzi istifadəyə verildi

Aktual

28 Mart 2022, 14:10

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin Çağrı Mərkəzi istifadəyə verilib.

 

Modern.az-ın məlumatına görə, vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər.

 

Bu müraciətlər operatorlar tərəfindən dərhal qəbul olunaraq vətəndaşlara müvafiq izahat veriləcəkdir. Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı