Modern.az

Belarus "İsgəndər"ləri Ukrayna ilə sərhədə gətirir

Belarus

Aktual

28 Mart 2022, 15:05

Belarus Respublikasının Qomel vilayətində “İsgəndər-M” OTRK buraxılış qurğularının Ukrayna ilə sərhəd istiqamətində hərəkəti qeydə alınıb.

 

Modern.az xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 28-i saat 12:00-a olan əməliyyat xülasəsində məlumat verilib.

 

"Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin 33-cü günü davam edir. Düşmənin əsas səyləri işğal olunmuş xətlərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib", - məlumatda deyilir.

 

Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı